Yas mərasimlərində israfçılığa qarşı çağırış: Gəncədə sadələşdirmə təşəbbüsü dəstəklənir
Kamran Əliyev üç prokuror təyin edib
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
Fevralın 17-də astronomik hadisə baş verəcək
Keçmiş deputata məxsus obyektləri sökürlər
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
Müəmmər Qəddafinin oğlu öldürülüb
ABŞ gəmiqayırma sənayesi üçün Türkiyə ilə danışıqlar aparır
Ağır cinayətlərdə ittiham olunan ermənilərə hökm oxunub - (Yenilənir-8) - Fotolar
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
Tarix: 05-02-2026 16:28 | Bölmə: Gündəm

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Reyting.az “Report”a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arayik Harutyunyana, "müdafiə naziri" Levon Mnatsakanyana, "parlamentin sədri" Davit İşxanyana, "xarici işlər naziri" David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib.
Qarabağdakı keçmiş qondarma rejimin başçılarından olan Arkadi Qukasyan və Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf edən, Qarabağdakı keçmiş qondarma rejimin silahlı dəstələrinə könüllü qoşulan Madat Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməyib.
Lakin şəxslər ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunur və həmin ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Bunlarla yanaşı Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş Melikset Paşayan 19 il, Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Qarik Martirosyan 18 il, "Təhlükəsizlik Şurasının üzvü" Davit Allahverdiyan və qanunsuz birləşmələrin üzvü Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan, Erik Qazaryan isə hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək