Putinlə Ərdoğanın görüşəcəyi ölkə bəlli oldu
Tarix: 20-07-2016 15:29 | Bölmə: Gündəm


"Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə görüşəcəklər”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

D.Peskov bildirib ki, hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir: "Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir”.

Peskov görüşün Bakıda keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, prezidentlərin görüşü Rusiya şəhərlərindən birində baş tutacaq.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}