Tyanjin görüşü ŞƏT yaranandan bəri ən böyük sammit olacaq - Səfir
Tarix: 25-08-2025 08:19 | Bölmə: Gündəm
Tyanjin görüşü ŞƏT yaranandan bəri ən böyük sammit olacaq

Şanxay əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti zirvə görüşü avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyanjin şəhərində keçiriləcək.

Reyting.az
“Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Zang Hanhui bəyan edib.

Zang Hanhuinin sözlərinə görə, tədbirə 20-dən çox dövlət başçısı, o cümlədən Rusiya prezidenti, eləcə də 10 beynəlxalq təşkilatın rəhbəri qatılacaq. Bu görüş ŞƏT yarandığı gündən bəri ən irimiqyaslı sammit olacaq və beynəlxalq ictimaiyyətin böyük diqqətini cəlb edir.

Arayış: ŞƏT 2001-ci ildə yaradılan beynəlxalq təşkilatdır. Onun tərkibinə Rusiya, Hindistan, İran, Çin, Qırğızıstan, Tacikistan, Pakistan, Özbəkistan və Qazaxıstan daxildir.

Keçən ilin iyulunda Qazaxıstanda keçirilən ŞƏT sammitində Belarus təşkilatın tamhüquqlu üzvü oldu. Əfqanıstan və Monqolustan müşahidəçi ölkələrdir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər