23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
MiQ-29-un qəzaya uğrayan pilotunun cəsədi tapıldı - Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq
Tarix: 20-08-2019 13:03 | Bölmə: Gündəm
MiQ-29-un qəzaya uğrayan pilotunun cəsədi tapıldı - Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.

Pilotun qayınatası Qabil Hüseynli bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}