Putinlə Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Tarix: 20-08-2019 18:18 | Bölmə: Gündəm
Putinlə Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə "Normand formatı"nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu", - deyə o, jurnalistlərə bildirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}