Tarix: 26-07-2016 16:31 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, sərəncamda deyilir:
1. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).
2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.
Bölməyə aid digər xəbərlər