19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

16:01 / 18-10-2025

13:05 / 16-10-2025

11:33 / 16-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:15 / 18-10-2025

Qubadlının işğalının 26-cı ildönümü ilə bağlı bəyanat yayıldı
Tarix: 31-08-2019 14:38 | Bölmə: Gündəm

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
İcmadan Reyting.az-a daxil olan bəyanatda deyilir:
"Ermənistan dövlətinin təcavüzkar siyasəti artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.
İyirmi altı il əvvəl – 1993-cü il avqust ayının 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən, 802 kvadratkilometrlik sahəsi, 30,3 min nəfər əhalisi, 1 şəhəri və 93 kəndi olan qədim Qubadlı rayonunu bütünlüklə işğal etdilər. Hazırda Qubadlı rayonunun 38 mindən çox əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar.
İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərirdi. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi vardı. Qubadlı qəsəbəsində 1200, Hal, Muradxanlı kəndlərinin hər birində 150, Teymur Müskanlı, Balasultanlı, Çardaxlı, Aşağı Mollu kəndlərinin hər birində 100, Qayalı kəndində 50 nömrəli ATS fəaliyyət göstərirdi. Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar eramızdan əvvəl I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
Bunların sırasında Əliquluuşağı kəndi ərazisində “Mağara” məbədi (IV əsr), qədim “Göy qala” (V əsr), Muradxanlı kəndində yeraltı keçidlə “Qalalı” qalası (V əsr), Laləzar körpüsü (1867-ci il), Mahmudlu kəndi ərazisində “Qara qaya sığınacağı”, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki qədim Daş sandıq, Daş qoyun fiquru, Hacıbədəl körpüsü, Qalaçid qalası, Cavanşir türbəsi, məscidlər və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vandalizminə məruz qalıb, dağıdılıb və məhv edilib. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər, eləcə də digər tarixi abidələr hazırda işğal altındadır.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.
XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.
Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Qubadlı rayonunun 38 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırır.
Bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Eyni zamanda, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycan Ordusunun 3 il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.
Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Dünən, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
Dünən, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
Dünən, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
Dünən, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
Dünən, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
13-10-2025, 13:04
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
13-10-2025, 12:30
Prezident bir qrup şəxslə bağlı sərəncam imzalayıb - Siyahı
13-10-2025, 11:44
Baş nazir yeni qərar imzalayıb
13-10-2025, 09:58
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib
12-10-2025, 18:07
İlham Əliyev Baş Assambleya iştirakçılarına müraciət edib
12-10-2025, 17:10
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir - Fotolar
12-10-2025, 10:19
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
11-10-2025, 18:04
Azərbaycan dörd ölkənin komandoları birgə təlimə hazırlaşır
10-10-2025, 15:43
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
10-10-2025, 14:16
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)
10-10-2025, 12:31
İlham Əliyev "Millət" sarayında çıxış edib - (Yenilənib) - Fotolar