YAP təşəbbüs qrupları yaradır
Tarix: 29-07-2016 14:11 | Bölmə: Gündəm


Yeni Azərbaycan Partiyasının (YAP) Ucar, Gədəbəy, Xaçmaz, Qubadlı və Nərimanov rayon təşkilatlarında sentyabrın 26-da keçiriləcək referendumla bağlı toplantılar keçirilib.

YAP-dan verilən məlumata görə, iclaslar zamanı bildirilib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı Layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılması barədə dövlət başçısının sərəncamı istər qanunvericilik, istər icra, istərsə də vətəndaşların hüquq və azadlıqları, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlərin konstitusion normalarla möhkəmləndirilməsi zərurətindən irəli gəlir.

Sözügedən rayon təşkilatlarında referendumla bağlı təşəbbüs qrupları da yaradılıb.







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər