Prezident 3 ölkənin yeni səfirlərini qəbul etdi
Tarix: 24-09-2019 12:36 | Bölmə: Gündəm
Prezident 3 ölkənin yeni səfirlərini qəbul etdi

Prezident İlham Əliyev sentyabrın 24-də Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini də qəbul edib.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini də qəbul edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}