20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mehriban Əliyevanın köməkçisi: "Son dövrlərdə islahatlar xüsusi vüsət alıb"
Tarix: 24-09-2019 13:53 | Bölmə: Gündəm
Mehriban Əliyevanın köməkçisi: "Son dövrlərdə islahatlar xüsusi vüsət alıb"

"Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə bu təşəbbüslər xüsusi vüsət alıb. Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet ittifaqı ölkələri arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi".

Bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib.

O qeyd edib ki, bunun obyektiv səbəbləri var idi: "Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı".

E.Hüseynov deyib ki, indiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib: "Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir. Aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir. 2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalivasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə infilyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz infilyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqqılarının artım tempi infilyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artıdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövürlərdə də iqtisadi artıma müəyyən təkan verəcək effektə malik olacaq".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər