Prezident açılışda: "Bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, ancaq mən qoymadım"
Tarix: 25-09-2019 16:15 | Bölmə: Gündəm
Prezident açılışda: "Bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, ancaq mən qoymadım"

Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Reyting.az
xəbər verir ki, açılışda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, mərkəzdə gözəl şərait yaradılıb:

“Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür”.

Bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı deyib.

“Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzininəsas özəlliklərindən biri də ərazidəki istirahət parkıdır. Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik bəxş edir", - dövlət başçısı tapşırıq verib.

Prezident İlham Əliyev park barədə də danışıb:

“Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}