Mehriban Əliyeva Bakının “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ilə bağlı xalqı təbrik etdi
Tarix: 31-10-2019 14:59 | Bölmə: Gündəm
Mehriban Əliyeva Bakının “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ilə bağlı xalqı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instaqram” səhifəsində Bakı şəhərinin 31 Oktyabr - Dünya Şəhərlər Günündə "dizayn” tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

Reyting.az
xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə "dizayn” tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}