11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Prezident Şamaxıda yol və "Asan Həyat"ın açılışlarını edib - FOTO
Tarix: 05-12-2019 19:05 | Bölmə: Gündəm
Prezident Şamaxıda yol və "Asan Həyat"ın açılışlarını edib

Prezident İlham Əliyev bu gün Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

Reyting.az
Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verilib.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.


***


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəssib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident Şamaxıda yol və "Asan Həyat"ın açılışlarını edib





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}