Zəngəzur dəhlizi məsələsi müzakirəyə çıxarılıb
Tarix: 16-07-2025 11:57 | Bölmə: Slayd
Zəngəzur dəhlizi məsələsi müzakirəyə çıxarılıb

Ermənistanın hakim “Vətəndaş birliyi” partiyasının Gorusda keçirilən toplantısında müzakirə mövzularından biri də Sünik (Zəngəzur) bölgəsindən Azərbaycandan Naxçıvana yolun mümkün təmin edilməsi məsələsi olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb.

Bildirilir ki, ictimai məkanda dəhliz kimi tanınan bu mövzu mətbuatın iştirakı olmadan bağlı qapılar arxasında müzakirə edilib.

Qeyd olunur ki, görüş zamanı baş nazir Nikol Paşinyanın əhval-ruhiyyəsi nəzərəçarpacaq dərəcədə gərgin olub: “Onun partiyasının üzvləri qeyd ediblər ki, baş nazirin Türkiyəyə son səfərləri zamanı gözlənilən nəticə və zəmanətlər alınmayıb, Əbu-Dabi və beynəlxalq təşkilatlar bu məsələni hökumətin və Avropa ölkələrinin səhnəsində dolandırmır”.

Qəzetin yazdığına görə, Paşinyan qapalı müzakirə zamanı birmənalı bəyanatla çıxış edərək, deyib ki, Ermənistanın heç bir halda yol, dəhliz və ya ərazini ölkə yurisdiksiyasından kənarda qoymayacaq.



“Joxovurd” həm də iddia edir ki, Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan bu gün kəskin və birmənalı şəkildə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi heç vaxt imzalana bilməz.

Onu da qeyd edək ki, indiyə qədər həm Ermənistan Xarici işlər naziri, həm parlament sədri, həm də baş nazir Azərbaycanla sülh sazişinin imzalanmasına tərəfdar olduqlarını dəfələrlə bildiriblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər