Şahin Şıxlinskinin oğlu saxlanılıb, özünə cinayət işi açıblar - (Yenilənib)
Tarix: 16-07-2025 07:40 | Bölmə: Slayd
Şahin Şıxlinskinin oğlu saxlanılıb, özünə cinayət işi açıblar - (Yenilənib)

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

Bu barədə "E1.ru" məlumat yayıb.

İddialara görə, Mutvalı iyulun 1-də atası saxlanlarkən "Gelandewagen" markalı avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.

Hazırda o, İstintaq Komitəsində dindirilir(Report).

***

Azərbaycan diasporunun Yekaterinburqdakı lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski İstintaq Komitəsində dindirilib.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, M. Şıxlinskidən iyulun 1-də “Baku Plaza”nın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınıb.

Onu da qeyd edək ki, Mutvalı Şıxlınskinin atası Şahin Şıxlınski barəsində də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.




Bölməyə aid digər xəbərlər