Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Tarix: 18-07-2025 17:08 | Bölmə: Dünya
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyanın “Afrika təşəbbüsü” xəbər agentliyinə və onun rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yenilənmiş “qara siyahı”sında bildirilir.

Reyting.az
xəbər verir ki, təşkilatın özündən əlavə, “Afrika təşəbbüsü”nün baş redaktoru Artyom Kureyev, onun müavini Anna Zamarayeva və təşkilatın Burkina-Fasodakı nümayəndəliyinin rəhbəri Viktor Lukovenkoya da məhdudiyyətlər qoyulub.

Ümumilikdə Londonun Rusiyaya qarşı sanksiyaları 23 mövqe üzrə genişləndirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər