İyulun 23-dək isti hava davam edəcək
Tarix: 18-07-2025 17:21 | Bölmə: Cəmiyyət
İyulun 23-dək isti hava davam edəcək

İyulun 23-dək temperatur rejimində dəyişiklik olmayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər