Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Tarix: 16-07-2025 10:54 | Bölmə: Slayd
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub

“Ermənistanın baş naziri Nikol Paşinyan hərəkətləri ilə Erməni Apostol Kilsəsini dəyərdən salmağa çalışır”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri, erməni hakimiyyətinə qarşı “beşinci kolon”un nümayəndəsi Ara Abramyan “RİA Novosti”-yə açıqlamasında deyib.

“Paşinyan yaxşı başa düşür ki, reytinqi kəskin şəkildə enir. O, anlayır ki, kilsə erməni xalqını birləşdirə və seçkilər zamanı öz sözünü deyə biləcək yeganə qurumdur. Və sadəcə, kilsə ilə məşğul olmağa başlayıb”, - o bildirib.



Abramyanın sözlərinə görə, Paşinyanın özünün Erməni Apostol Kilsəsi ilə heç bir əlaqəsi yoxdur, o, heç vaxt özünü dindar kimi göstərməyib.

“Onun hətta kilsəyə cəlb olunmağa və hansısa hərəkata rəhbərlik etməyə mənəvi haqqı yoxdur. O, müqəddəslikdən uzaqdır. Ona görə də şəxsi maraqlarına əsaslanaraq kilsəni dəyərdən salmaq, onun işini devalvasiya etmək istəyir”,- Abramyan qeyd edib.

O xatırladıb ki, ermənilər əsrlər boyu dövlətsiz olub və kilsə dövləti əvəz edib. “Kilsə dilimizi qorudu. Kilsə inancımızı qorudu. Kilsə bizi birləşdirdi ki, itib-batmayaq. Kilsə olmasaydı, biz müxtəlif dövlətlərdə itib-batacaqdıq. İndi erməni dövləti də olmayacaqdı”,- deyə o əlavə edib.

Paşinyanın katolikos II Qaregini həbs etdirə biləcəyi ilə bağlı suala cavabında Abramyan deyib ki, baş nazirdən hər şey gözləmək olar.

Onu da qeyd edək ki, Ara Abramyan Rusiyada yaşayan milyarder iş adamıdır və onun danışmağa başlaması təsadüfi deyil. Görünən odur ki, Paşinyana təzyiq etmək üçün Moskva bütün imkan və resurslarını işə salıb

E. KAMAL




Bölməyə aid digər xəbərlər