11:15 / 27-11-2025
Nazir: Ukraynada Rusiyaya güzəşt Litvaya təhlükə yaradır
11:14 / 27-11-2025
Hakim kiçik qardaşın yerinə böyük qardaşın həbsinə hökm verib? - Açıqlama
10:57 / 27-11-2025
Astarada 43 yaşlı şəxs 62 kq narkotiklə saxlanılıb
10:40 / 27-11-2025
"TikTok"-da qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb
10:40 / 27-11-2025
Putin Bişkekdə KTMT sammitinin keçiriləcəyi yerə gəlib
10:38 / 27-11-2025
Hikmət Hacıyev İran XİN rəhbərinin müavini ilə görüşüb - Foto
10:07 / 27-11-2025
İcra başçısı abadlıq işlərinə 1.4 milyon xərcləyəcək
10:05 / 27-11-2025
Ukrayna böhranının uzadılmasına Avropa məsuliyyət daşıyır
09:51 / 27-11-2025
“Kanal 13” televiziyasının rəhbəri azadlığa buraxılıb
09:13 / 27-11-2025
Çinə çatmaq uğrunda dünya yarışı gedir
09:04 / 27-11-2025
Türkiyə Qəzzaya hücumları dərhal dayandırmağı tələb edir
08:53 / 27-11-2025
Honq Konqdakı yanğında ölənlərin sayı artıb
08:49 / 27-11-2025
Vitse-prezident hərbi qulluqçulara İncil formalı tort gətirib
08:44 / 27-11-2025
Prezident Ərdoğan və Papa XIV Leo Ankaradan dünyaya müraciət edəcəklər
08:33 / 27-11-2025
Bişkekdə KTMT Şurasının iclası keçirilir
08:28 / 27-11-2025
Tramp: Bu, xalqımıza, insanlığa qarşı cinayətdir
08:21 / 27-11-2025
Hindistan Çinə qarşı mübarizəni gücləndirir
08:16 / 27-11-2025
Yeni film üçün Təpəgöz yaradıblar - Fotolar
08:01 / 27-11-2025
Böyük Qayıdış davam etdirilir
00:20 / 27-11-2025
Ağ Ev yaxınlığında atışma olub, xəsarət alanlar var
23:49 / 26-11-2025
Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku çöküb - Fotolar
22:10 / 26-11-2025
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycan avtomobilləri buraxılıb
20:11 / 26-11-2025
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
19:20 / 26-11-2025
Bakıda SSRİ bayrağını qaldıranlar həbs ediliblər - (Yenilənib) - Foto
19:04 / 26-11-2025
Universitetə prorektor təyin olunub
18:41 / 26-11-2025
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb - Foto
18:36 / 26-11-2025
Raketlər üçün hissələr istehsal edən zavod vurulub
18:00 / 26-11-2025
"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq
20:20 / 22-11-2025
Azərbaycan və Ermənistan arasında “Sülh Körpüsü” fəaliyyətə başlayır
11:45 / 22-11-2025
Ukrayna çətin seçim qarşısında qalıb
13:40 / 23-11-2025
Azərbaycan və Ermənistan nümayəndələrinin Bakı görüşündə hansı razılaşmalar əldə edilib?
12:53 / 22-11-2025
Prezident istehsal müəssisəsinin açılışında iştirak edib - Fotolar
00:10 / 23-11-2025
Trampın Ukrayna ilə bağlı əlavə təklifi olacaq
00:39 / 24-11-2025
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib
14:56 / 24-11-2025
Zəngilan rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)
00:38 / 25-11-2025
Azad Kəlbəcər - Bu gün Kəlbəcər Şəhəri Günüdür
20:13 / 22-11-2025
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb - Fotolar
16:17 / 22-11-2025
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib
17:29 / 22-11-2025
Bakıda dörd işçinin öldüyü restoranın icarədarı saxlanılıb - Yenilənib
16:53 / 25-11-2025
Hərbi ekspert: Veneditkovu Moskvadan İrəvana təxribat məqsədilə göndəriblər
Prezident İlham Əliyev Türkiyənin Ticarət nazirini qəbul edib
Tarix: 26-12-2019 12:57 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz.
Ruhsar Pekcan: Çox təşəkkür edirik. Çox məmnun olduq. Cənab Prezidentimizin Sizə sevgilərini, salamlarını gətirdik.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Ruhsar Pekcan: Cənab Prezidentimizin və Sizin uzaqgörənliklə ölkələrimiz arasındakı əməkdaşlığa verdiyiniz önəmə əsaslanaraq biz cənab nazir Cabbarovla birlikdə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində, inşallah, gözəl işlər görəcəyik. Bu gün onunla da görüşümüz olacaq.
Xatırladım ki, Birgə İqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırladıq. Mən cənab Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacağıq. Azərbaycanın Gömrük Komitəsinin sədri ilə Ankara görüşümüzdə Sadələşdirilmiş Gömrük Dəhlizi ilə bağlı anlaşma memorandumu imzalamışıq. Azərbaycan, Gürcüstan, Türkiyə olaraq Sizlərin də dəstəyi ilə, inşallah, həm ortaq biznes forum keçirəcək, həm də ortaq Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında anlaşma memorandumu imzalayaraq ölkələrimiz arasında ticarətin, gömrük-keçid prosedurlarının asanlaşdırılması ilə bağlı birgə addımlar atacağıq. Həmçinin cənab prezidentlərimizin dəstəyi ilə yaxın zamanlarda bizə güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Zati-alinizin və cənab Prezidentimizin razılığı ilə bu müqaviləni, - 15 maddəlik məhdud bir müqavilədir, - genişləndirib sənədə yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyirik. Azərbaycanın, SOCAR-ın Türkiyədəki sərmayələri bizim üçün son dərəcədə önəmlidir. Biz də bütün dəstəyimiz, təşviqimizlə SOCAR-ın yanındayıq. İnşallah, yeni sərmayələr də gözləyirik. Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturduq. Amma, cənab Prezident, indi həmkarlarımızla müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq.
Prezident İlham Əliyev: Çox gözəl, çox təşəkkür edirəm. Xahiş edirəm mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız. İki gün bundan öncə biz telefonla danışdıq, bu il ərzində görülmüş işlərə bir daha nəzər saldıq. Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birliyimizi daha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkdilli dövlətlər arasındakı birliyi, həmrəyliyi təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla əməkdaşlıq etməyək.
Əlbəttə, bu il də çox önəmli hadisələr birgə qeyd olundu. Onlardan biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir. Biz TANAP-ın Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda isə TANAP artıq Avropa sərhədinə çatdırıldı və bu tarixi hadisəni birlikdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq.
Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünki ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.
Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox önəmli layihələrdə - xüsusilə texnoloji baxımdan tutumlu, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiyə şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiyə şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünki biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensianal ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq.
Əminəm ki, sizin Azərbaycana bugünkü səfəriniz çox uğurlu olacaq. Bu, bizim ilin sonunda iki ölkə arasındakı əlaqələrə verdiyimiz önəmin gözəl nəticəsi, bir yekunudur. Yekun da çox müsbətdir.
Ruhsar Pekcan: İnşallah, cənab Prezidentim. Azərbaycanın və Türkiyənin beynəlxalq platformalarda hər zaman bir-birinin yanında olması da cənab Prezidentimizin və Zati-alinizin sayəsində bizim ayrı bir xüsusiyyətimizdir. Biz sizlərə təşəkkür edirik. Sizin TANAP-la bağlı mərasimdəki çıxışınızı daim xatırlayıram. Bu, möhtəşəm, ölkələrimizin əlaqələrini çox yaxşı izah edən bir çıxış idi.
Prezident İlham Əliyev: Sağ olun.
Bölməyə aid digər xəbərlər

Dünən, 18:41
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb - Foto
25-11-2025, 16:02
"Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılacaq - Fərman
25-11-2025, 14:10
Xocalının daha iki kəndinə köç karvanı gedib - (Yenilənib) - Fotolar
25-11-2025, 12:52
Milli Məclisin növbəti iclası dekabrın 2-si keçiriləcək
25-11-2025, 11:37
Prezident İlham Əliyev Jelko Komşiçə məktub göndərib
25-11-2025, 11:06
Milli Məclisin növbəti plenar iclası başlayıb
25-11-2025, 00:38
Azad Kəlbəcər - Bu gün Kəlbəcər Şəhəri Günüdür
24-11-2025, 17:30
Prezident Türkiyə ilə daha bir Anlaşma Memorandumunu təsdiqləyib
24-11-2025, 14:56
Zəngilan rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)
24-11-2025, 10:59
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər cəzalandırılacaq
24-11-2025, 09:22
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
22-11-2025, 20:20
Azərbaycan və Ermənistan arasında “Sülh Körpüsü” fəaliyyətə başlayır
22-11-2025, 20:13
Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb - Fotolar
22-11-2025, 16:10
Vahid Əziz ordenlə təltif olunub
22-11-2025, 12:53
Prezident istehsal müəssisəsinin açılışında iştirak edib - Fotolar
21-11-2025, 18:46
Bakıda D-8 Media Forumu keçirilib - (Yenilənib)
21-11-2025, 16:55
Milli Məclis daha 14 qanuna dəyişikliyi müzakirəyə çıxarır
21-11-2025, 16:30
DTX-də yeni sistem yaradılacaq - Fərman
21-11-2025, 12:11
Prezident ədliyyə işçilərini təltif edib - Siyahı
21-11-2025, 11:51
Prezidentin ailə üzvləri ekoloji aksiyalarda iştirak ediblər
21-11-2025, 11:10
Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi davam edir
21-11-2025, 10:21
Bakının üç rayonu ilə bağlı müşavirələr keçirilib
20-11-2025, 17:51
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
20-11-2025, 11:38
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub
20-11-2025, 10:40
Dövlət katibinin müşaviri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
20-11-2025, 00:28
Prezident Ağdamla bağlı paylaşım edib - Video
19-11-2025, 21:00
Bir qrup Füzuli sakini Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb
19-11-2025, 18:02
Berdiməhəmmədov Əliyevi Türkmənistana səfərə dəvət edib
19-11-2025, 16:31
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib
19-11-2025, 16:25
Prezident Baş prokuroru təltif edib - Sərəncam
19-11-2025, 16:09
Kəşfiyyata ayrılan vəsaitə maliyyə nəzarəti qaydası təsdiqlənib - Fərman
19-11-2025, 12:02
Ağdama növbəti köç karvanı gedib
19-11-2025, 09:57
Bakı Şəhər İcra Hakimiyyəti rayonlara cavabdeh şəxslər təyin edib
18-11-2025, 22:39
Ukrayna ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirib
18-11-2025, 19:33
Hikmət Hacıyev Ağbənd-Kəlalə körpüsü ilə bağlı paylaşım edib
18-11-2025, 16:56
Qarabağa köçənlərin sayı artır
18-11-2025, 12:32
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
18-11-2025, 11:56
"mygov"da yeni funksionallıq istifadəyə verilib

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək