Putin Bişkekdə KTMT sammitinin keçiriləcəyi yerə gəlib
Tarix: 27-11-2025 10:40 | Bölmə: Dünya
Putin Bişkekdə KTMT sammitinin keçiriləcəyi yerə gəlib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ali idarəetmə orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi Bişkekdəki “Intımaq Ordo” kompleksinə gəlib.

Reyting.az
xəbər verir ki, Rusiya liderini foyedə Kollektiv Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri, Qırğızıstan prezidenti Sadır Japarov qarşılayıb. Qısa salamlaşma mərasimindən sonra Rusiya prezidenti artıq toplaşmış Belarus, Qazaxıstan və Tacikistan rəhbərlərinə qoşulub.

Daha sonra hamısı ənənəyə uyğun olaraq xatirə üçün protokol fotosu çəkdirib və yaxın dəqiqələrdə KTMT Kollektiv Təhlükəsizlik Şurasının dar tərkibdə iclasının başlayacağı zala keçiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər