Çinə çatmaq uğrunda dünya yarışı gedir
Tarix: 27-11-2025 09:13 | Bölmə: İqtisadiyyat
Çinə çatmaq uğrunda dünya yarışı gedir
Dünya üzrə nadir torpaq elementlərinin əsas ehtiyatlar xəritəsinin yeni hesabatı təqdim edilib.

Reyting.az
xəbər verir ki, hazırkı mövcud reallıqda dünyanın daha çox ehtiyac duyduğu, sahiblənmək istədiyi nadir torpaq elementləri müasir texnologiyanın əsas təməlini təşkil edir - elektrik mühərriklərindən smartfonlara qədər.

"Visual Capitalist" portalı tərəfindən ABŞ Geoloji Xidmətinin məlumatları əsasında hazırlanmış 2025-ci ilin infoqrafikasına görə, dünya üzrə nadir torpaq ehtiyatları olduqca qeyri-bərabər paylanıb və əsasən bir neçə ölkədə cəmlənib.

Çin 44 milyon tonla dünya ehtiyatlarının təxminən 48 faizinə sahibdir. Siyahıda olan Braziliya 21 milyon tonla, yəni 23 faizlə ikinci yerdə qərarlaşıb.

Sonrakı yerlərdə Hindistan 6,9 milyon tonla, Avstraliya 5,7 milyon tonla, Rusiya 3,8 milyon tonla, eyni zamanda, Vyetnam 3,5 milyon tonla qərar tutub.

İnfoqrafikaya görə, ümumilikdə adı çəkilən bu altı ölkə birlikdə qlobal ehtiyatların təxminən 80 faizini təşkil edir.

ABŞ-ın payı cəmi 1,9 milyon ton və ya 2 faizdir. Bu isə ölkənin idxaldan, eləcə də xarici emaldan asılılığı deməkdir ki, məhz son aylar ərzində Tramp administrasiyası bu asılılığı azaltmaq üçün yerli hasilatla bağlı layihələri dəstəkləməyə davam edir. Eyni zamanda Ağ ev icazə proseslərini sürətləndirir və sürətli təchizat zəncirinin şaxələndirilməsi üçün öz müttəfiqləri ilə əməkdaşlığı genişləndirir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər