Tramp: Bu, xalqımıza, insanlığa qarşı cinayətdir
Tarix: 27-11-2025 08:28 | Bölmə: Xəbərlər
Tramp: Bu, xalqımıza, insanlığa qarşı cinayətdir

ABŞ lideri Donald Tramp Əfqanıstandan daxil olan hər bir əcnəbini yoxlamağı tapşırıb.

Reyting.az
CNN telekanalına istinadla xəbər verir ki, D. Tramp Ağ Evin yaxınlığında baş verən atışmadan sonra ictimaiyyət qarşısında açıqlama ilə çıxış edib. O, saxlanılan şəxsin Əfqanıstandan gəldiyini təsdiqləyib.

Tramp ölkəni “yerdəki cəhənnəm dəliyi” adlandırıb: “Biz Baydenin rəhbərliyi dövründə Əfqanıstandan ölkəmizə daxil olan hər bir mühaciri yoxlamalı və bura aid olmayan hər hansı bir ölkədən olan əcnəbinin çıxarılmasını təmin etmək üçün bütün lazımi addımları atmalıyıq. Bu dəhşətli hücum şər, nifrət və terrorizmin ifadəsi idi. Bu, xalqımıza və insanlığa qarşı cinayətdir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər