Honq Konqdakı yanğında ölənlərin sayı artıb
Tarix: 27-11-2025 08:53 | Bölmə: Cəmiyyət
Honq Konqdakı yanğında ölənlərin sayı artıb

Honq-Konqda hündürmərtəbəli binalarda baş verən yanğın nəticəsində ölənlərin sayı 36, itkin düşənlər isə 279 nəfərdir.

Reyting.az
xəbər verir ki, hadisə barədə Honq Konq şəhərinin meri Con Li “South China Morning Post” (SCMP) qəzetinə müsahibəsində bildirib.

Yanaşı ucaldılan binalarda yanğın dünən axşam başlayıb. Kompleksdə təxminən 4 min sakin yaşayırdı. İlkin məlumatlara görə, ölənlərdən biri yanğınsöndürəndir. Mer Li 29 zərərçəkənin xəstəxanaya yerləşdirildiyini, onlardan 7-sinin vəziyyətinin ağır olduğunu deyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər