BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Tarix: 28-02-2020 18:05 | Bölmə: Gündəm
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri fevral ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb".

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın nüməyəndələri fevral ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}