20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezidentin köməkçisi: "Virusun ölkə daxilində yayılma tendensiyası gedir"
Tarix: 23-03-2020 22:12 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Virusun ölkə daxilində yayılma tendensiyası gedir"

"Ölkədaxili karantinin miqyası genişlənməyə doğru gedir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda koronavirus idxal olunan bir xəstəlik kateqoriyasında gedirdi. Dövlətimiz tərəfindən preventiv şəkildə həyata keçirilən tədbirlərin bilavasitə nəticəsidir ki, son dövrə qədər Azərbaycan Respublikası bu kateqoriyada idi. Amma xəstəliyin yayılması tendensiyası onu göstərir ki, bu çox yayıcı və yoluxucu xüsusiyyətə malikdir. Ona görə də bu virusun ölkə daxilində yayılma tendensiyası gedir", - deyə Hikmət Hacıyev vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər