Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub
Tarix: 26-05-2020 19:11 | Bölmə: Gündəm
Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub

"Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib

“Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-sına ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.

O nəzərə çatdırıb ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər