Şəhid general və polkovnik dəfn edildi - Foto
Tarix: 15-07-2020 10:37 | Bölmə: Gündəm
Şəhid general və polkovnik dəfn edildi

Azərbaycan ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.

Generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Fəxri Xiyabana gətirilib.

Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna aparılıb, oradan isə Sumqayıta gətirilib, İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

Allah rəhmət eləsin!

Şəhid general və polkovnik dəfn edildi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}