Rusiyada tələbə xanımlara hamiləlik müavinəti veriləcək
Tarix: 27-10-2025 12:37 | Bölmə: Dünya
Rusiyada tələbə xanımlara hamiləlik müavinəti veriləcək

Rusiyanın Tula bölgəsindəki hamilə tələbələr 150.000 rubl alacaqlar.

Reyting.az
xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi regional Əmək və Sosial Müdafiə Nazirliyinin əmrinə istinadla yazıb.

Bu müavinəti almaq istəyən xanım Rusiya vətəndaşı olmalı, Tula bölgəsində daimi yaşamalı və hamilə kimi qeydiyyatdan keçməlidir.

Maliyyə yardımını almaq hüququ yalnız texniki məktəblərdə, kolleclərdə və universitetlərdə əyani təhsil alan tələbələrə verilir.

Müraciət edən tələbə ən azı 12 həftəlik hamilə olmalıdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər