Harris prezidentlik iddiasından əl çəkməyib
Tarix: 27-10-2025 10:37 | Bölmə: Xəbərlər
Harris prezidentlik iddiasından əl çəkməyib

ABŞ-nın keçmiş vitse-prezidenti Kamala Harris prezident seçkilərində yenidən namizəd olmaq istəyir. Harris inanır ki, bir gün prezident ola və gələcəkdə Ağ evdə bir qadın yer ala bilər.

Reyting.az
xəbər verir ki, Harris növbəti seçkilərdə demokratların namizədlik prosesində "yarışdan kənarlaşdırıldığını" göstərən sorğuları ciddi qəbul etmədiyini desə də, tam qərar vermədiyini, lakin siyasətdə hələ də gələcəyinin olduğunu vurğulayıb.

"Hələ işimi bitirməmişəm. Bütün karyeramı xidmətə həsr etmişəm. Bu, mənim canımdan gələn bir şeydir",- Harris əlavə edib.

Harris ABŞ prezidenti Trampı "tiran" adlandıraraq, kampaniya zamanı etdiyi xəbərdarlıqların doğru olduğunu bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib