ABŞ ordusunun helikopteri və qırıcısı qəzaya uğrayıb
Tarix: 27-10-2025 10:31 | Bölmə: Xəbərlər
ABŞ ordusunun helikopteri və qırıcısı qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk helikopteri və F/A-18F Super Hornet qırıcı təyyarəsi Cənubi Çin dənizi üzərində qəzaya uğrayıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının "Facebook" paylaşımında bildirilib.

Məlumata görə, iki qəza bir-birindən yarım saat ara ilə baş verib.

Qeyd olunur ki, 26 oktyabr 2025-ci ildə, yerli vaxtla təxminən saat 14:45-də, 73-cü Hücum Helikopter Eskadrilyasının "Müharibə rişikləri" qrupuna təyin edilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk helikopteri Cənubi Çin dənizinin sularında qəzaya düşüb.

Saat 15:15-də, 22-ci Hücum Qırıcı Eskadrilyasının "Döyüş xoruzları" qrupuna təyin edilmiş F/A-18F Super Hornet təyyarəsi də USS Nimitz təyyarə gəmisindən adi əməliyyatlar apararkən Cənubi Çin dənizinin sularında qəzaya uğrayıb.

Vertolyotdan üç heyət üzvünün xilas edildiyi, qırıcı təyyarədən isə iki heyət üzvünün uğurla katapult etdikləri bildirilir.

"Bütün heyər təhlükəsiz və stabil vəziyyətdədir. Hər iki hadisənin səbəbi araşdırılır", - deyə açıqlamada qeyd olunur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib