18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident Dövlət Miqrasiya Xidməti ilə bağlı fərman imzalayıb
Tarix: 10-08-2020 22:34 | Bölmə: Gündəm
Prezident Dövlət Miqrasiya Xidməti ilə bağlı fərman imzalayıb

“Elektron icra” informasiya sistemi tərəfindən təmin olunan məlumatlar məlum olub.

Reyting.az
xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, icra sənədlərinə əsasən mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar Elektron icra” informasiya sistemi tərəfindən təmin olunacaq.

Eyni zamanda, Sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunan məlumatlar da müəyyənləşib. Fərmana əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər