Prezident İlham Əliyev Vaqif Axundovu təltif edib - Sərəncam
Tarix: 16-09-2020 13:00 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Vaqif Axundovu təltif edib

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

Onu da qeyd edək ki, V.Axundov 20 mart 2020-ci ildə qurumda aparılan islahatlar çərçivəsində vəzifəsindən azad olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}