20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Prezident İlham Əliyev təyyarənin sükanı arxasına keçib - Fotolar
Tarix: 25-08-2017 11:35 | Bölmə: Gündəm
Prezident İlham Əliyev təyyarənin sükanı arxasına keçib
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan "Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk "Embraer-190” təyyarəsi ilə tanış olub.
"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov "Buta Airways” aviaşirkətinin yeni "Embraer-190” təyyarəsi barədə dövlət başçısına məlumat verib. Bildirildi ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir. "Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək.
Yaxın günlərdə şirkətin daha bir yeni "Embraer- 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı "Embraer-190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana turist axının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.(AZƏRTAC)
Prezident İlham Əliyev təyyarənin sükanı arxasına keçibPrezident İlham Əliyev təyyarənin sükanı arxasına keçibPrezident İlham Əliyev təyyarənin sükanı arxasına keçibPrezident İlham Əliyev təyyarənin sükanı arxasına keçib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər