Prezident: "Ermənistanın ərazi iddialarını da aradan götürəcəyik"
Tarix: 22-04-2022 12:44 | Bölmə: Gündəm
Prezident: "Ermənistanın ərazi iddialarını da aradan götürəcəyik"

"Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik".

Reyting.az
xəbər verir ki, bu barədə prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq".

"Biz müharibə dövründə cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdik. Məhz buna görə Ermənistan ordusu məcbur olub noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktına imza atdı", - prezident bildirib.

İlham Əliyev daha sonra deyib: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Öldü var, döndü yoxdur və müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər