Sülh müqaviləsi üzrə nümayəndə heyəti müəyyənləşib
Tarix: 23-04-2022 19:33 | Bölmə: Gündəm
Sülh müqaviləsi üzrə nümayəndə heyəti müəyyənləşib

Azərbaycan tərəfi Brüssel görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə aprelin 23-də baş tutan telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər