Şuşada beynəlxalq forum başlayıb - Yenilənib
Tarix: 28-04-2022 08:53 | Bölmə: Gündəm
Şuşada beynəlxalq forum başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində beynəlxalq konfrans keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twiter” hesabında yazıb.

Hikmət Hacıyev qeyd edib ki, Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur.

***

Şuşada beynəlxalq beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumu başlayıb.

Reyting.az
xəbər verir ki, forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir.

Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edəcəklər.

Bundan başqa, forum iştirakçıları regionda dayanıqlı sülhün bərqərar edilməsini və regional kommunikasiyaların açılması imkanlarını nəzərdən keçirəcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}