İlham Əliyev: "Aİ normallaşma prosesində rol oynaya bilər”
Tarix: 29-04-2022 11:51 | Bölmə: Gündəm
İlham Əliyev: "Aİ normallaşma prosesində rol oynaya bilər”

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin münaqişədən sonra normallaşdırılmasında Avropa İttifaqının (Aİ) rolunu yüksək qiymətləndiririk”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.

“Bizim üçün Avropa İttifaqı çox vacib tərəfdaşdır. Əməkdaşlığımız üçün çox geniş gündəliyimiz var”, - Prezident deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirakından əlavə, bura ticarət üzrə əməkdaşlıq, enerji, nəqliyyat, demokratik inkişaf daxildir:

“Biz Aİ-ni dürüst broker hesab edirik və onların səylərini alqışlayırıq. Əgər Minsk qrupu hazırda fəaliyyət göstərmirsə, fikrimizcə, Aİ normallaşma prosesində rol oynaya bilər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər