Prezident: "Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxsləri görüşəcək"
Tarix: 29-04-2022 11:59 | Bölmə: Gündəm
Prezident: "Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxsləri görüşəcək"

"Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır".

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Avropa İttifaqının (Aİ), xüsusilə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəal rolunu qeyd edib, Aİ-nin təşəbbüsü ilə artıq 2 dəfə üçtərəfli görüşün baş tutduğunu xatırladıb: “Biz həmçinin telefon danışıqları aparırıq. Mayın əvvəlində yenidən Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər