Prezident: "Azərbaycan Ukraynanın və başqa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir"
Tarix: 29-04-2022 16:48 | Bölmə: Gündəm
Prezident: "Azərbaycan Ukraynanın və başqa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir"

“Bizim təcrübəmizə əsaslansaq, əsas məsələ işğalla heç vaxt razılaşmamaqdır”.

Reyting.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə öz təcrübələrinə əsaslanaraq Ukraynaya verə biləcəyi tövsiyələrə dair suala cavab verərkən bildirib.

Dövlət başçısı işğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dair mövqelərini dəyişdirmək barədə dəfələrlə təklif aldığını diqqətə çatdırıb: “Mən deyirdim ki, heç zaman mən və Azərbaycan xalqı torpaqlarımızda daha bir qondarma erməni dövləti yaradılmasına razı olmarıq. Heç vaxt”.

“Əvvəla, bizim təcrübəmiz göstərir ki, ərazi bütövlüyünün pozulmasına əsla razılıq vermək olmaz. İkinci öyrəndiyim məsələ resurslara güvənməkdir. Üçüncüsü, beynəlxalq təşkilatların qərar və qətnamələrinə arxalanmayın. Onların heç bir önəmi yoxdur” – deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ukraynanın da, digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləyir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər