İlham Əliyev şəhid xüsusi təyinatlıların xatirəsini yad edib - Foto
Tarix: 30-04-2022 16:22 | Bölmə: Gündəm
İlham Əliyev şəhid xüsusi təyinatlıların xatirəsini yad edib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olarkən şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub.

Reyting.az
xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə yaradılan şərait barədə məlumat verib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}