Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Tarix: 03-05-2022 10:12 | Bölmə: Gündəm
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb: "Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}