İlham Əliyev audiovizual media ilə bağlı dövlət rüsumlarını təsdiqləyib
Tarix: 06-05-2022 14:58 | Bölmə: Gündəm
İlham Əliyev audiovizual media ilə bağlı dövlət rüsumlarını təsdiqləyib

Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları müəyyənləşib.

Reyting.az
-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər