16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qazaxıstandan Azərbaycana nümayəndə heyəti gəlib
Tarix: 15-05-2022 23:12 | Bölmə: Gündəm
Qazaxıstandan Azərbaycana nümayəndə heyəti gəlib

Mayın 15-də Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstan parlament nümayəndə heyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin deputatı Könül Nurullayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər qarşılayıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}