Tacikistan parlamentinin sədri: “İƏT PA Bakı Bəyannaməsini qəbul etməlidir”
Tarix: 17-05-2022 16:23 | Bölmə: Gündəm
Tacikistan parlamentinin sədri: “İƏT PA Bakı Bəyannaməsini qəbul etməlidir”

“COVİD-19 pandemiyanın nəticələrinin aradan qaldırılması üçün regional və qlobal səviyyədə beynəlxalq ictimaiyyətin sıx şəkildə əməkdaşlığına ehtiyac olduğunu gördük”.

Bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda deyib.

O bildirib ki, Tacikistan Prezidenti ölkələrimiz arasında ticarətlə bağlı maneələrin aradan qaldırılmasını təklif edib: “Təəssüf ki, İƏT-in ticarət razılaşması hələ əməli fəaliyyətə başlamayıb. Biz üzv ölkələri qarşılıqlı ticarəti artırmaq üçün təkliflər hazırlamağa çağırırıq. Nəqliyyat əlaqələrinin açılması, kommunikasiyaların genişlənməsi İƏT ölkələri arasında qarşılıqlı ticarətin həcmini artıracaq. İƏT-ə üzv dövlətlər birgə fəaliyyət göstərməlidir. Biz Bakı Bəyannaməsini qəbul etməliyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər