Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
Tarix: 17-05-2022 23:36 | Bölmə: Gündəm
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}