Kəlbəcər rayonu yenidən atəşə tutulub
Tarix: 18-05-2022 09:26 | Bölmə: Gündəm
Kəlbəcər rayonu yenidən atəşə tutulub

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}