Əli Əsədov Litva prezidenti ilə görüşüb
Tarix: 18-05-2022 17:28 | Bölmə: Gündəm
Əli Əsədov Litva prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 18-də Litva prezidenti Qitanas Nauseda ilə görüşüb.

Reyting.az
Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}