İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan növbəti dəfə görüşəcək
Tarix: 19-05-2022 23:23 | Bölmə: Gündəm
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan növbəti dəfə görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidməti bildirir ki, görüş mayın 22-də Brüsseldə olacaq.

Məlumata görə, həmin gün Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrı görüşlər keçirəcək.

Daha sonra isə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti də üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, sonuncu dəfə tərəflər aprelin 6-da Brüsseldə görüşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər