Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarına dəyişiklik edilib
Tarix: 23-05-2022 12:30 | Bölmə: Gündəm
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarına dəyişiklik edilib

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarına dəyişiklik edilib.

Reyting.az 
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına  əsasən, qaydalara yeni bənd əlavə olunub.

Belə ki, bundan sonra "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 13.3-1-ci maddəsinə uyğun olaraq kommersiya qurumları və publik hüquqi şəxslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər