18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident: “Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir”
Tarix: 16-06-2022 11:07 | Bölmə: Gündəm
Prezident: “Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir”

“Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır. Lakin, təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm də Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb”, - dövlət başçısı diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər